AZ

Sentyabrın 14-də ölkə üzrə leysan və qar yağışı

Sentyabrın 14-ü saat 11:00-a olan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ölkə ərazisində yağıntılı və küləkli hava davam edir. Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv və güclüdür. Yüksək dağlıq ərazilərə – Şahdağa qar yağıb.

Doğru.az xəbər verir ki, düşən yağıntının miqdarı Astarada 68, Zaqatalada 64, Lənkəranda 60, Balakəndə 50, Sarıbaşda (Qax) 27, Lerikdə 23, Yardımlıda 17, Qəbələdə 14, Cəfərxanda 10, Sabirabadda 9, Kişçay (Şəki), Oğuz, Qrız, Xınalıq, İmişli, Qusar, Şamaxı, Altıağac, Bərdə, Tərtər, Kürdəmir, Xaltan, Qobustan, Quba, Yevlax, Göyçay, Beyləqan, Gədəbəy, Biləsuvar, Şəmkir, Şirvan, Şabran, Neftçala, Füzuli, Zəngilan, Şuşa eləcə də Bakıda və Abşeron yarımadasında 8 mm-dək qeydə alınıb.

Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Balakən rayonu ərazisindən keçən Balakənçaydan sel keçir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 21, Neftçalada 20, Culfada 18 m/s-dək güclənir.

Balakən, Sarıbaş (Qax), Kişçay (Şəki), Qrız, Şahdağ, Daşkəsən, Lerik, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

DOĞRU.AZ

Seçilən
75
41
dogru.az

10Mənbələr