Azərbaycan klublarının yayda yollarını ayırdığı legionerlərin sayı az olmadı. Ölkəmizi öz istəyi ilə tərk edənlər də oldu, klubun qərarı ilə göndərilənlər də. Ayrılanlar arasında özünə dərhal komanda tapanları görmək mümkündür. Lakin elə futbolçular var ki, onlar Premyer Liqamızı tərk etdikdən sonra hələ də özünə komanda tapa bilməyib. Sportal.az bu yay Azərbaycanı tərk edən və hazırda klubsuz qalan oyunçuların siyahısını təqdim edir.
Pyer Zebli ("Zirə")
Bu futbolçu 2023-cü ildə Bolqarıstanın “Lokomotiv”(Plovdiv) klubundan “Zirə”yə keçmişdi. Həmin vaxtı Bakı klubu Fil dişi Sahilindən olan yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalamışdı. 2025/2026 mövsümü başlamamışdan Zebli ilə yollar ayrıldı. “Peruca”, “Askoli”, “Katolika”(hamısı İtaliya), “Genk”(Belçika), “Çarsko Selo”(Bolqarıstan) kimi klublarda oynamış Zebli klubsuz qalıb.
Yusuf Laval (“Zirə”)
Nigeriyalı futbolçu 2024-cü il avqust ayında “Zirə” ilə anlaşmışdı. Bu, onun Azərbaycana ikinci gəlişi idi. Belə ki, Laval “Zirə”dən əvvəl “Neftçi”nin uğurları üçün çalışmışdı. Qəsəbə təmsilçisinin heyətində isə daha çox zədələrlə mübarizə aparması ilə yadda qaldı.
Sezar Meza Kolli (“Araz-Naxçıvan”)
33 yaşlı futbolçunun hətta bir ara Azərbaycan milli komandasına da cəlb olunacağı ehtimal olunurdu. Lakin sonda paraqvaylının millimizdə mümkün çıxışı reallaşmadı. “İnter(indiki “Şamaxı”), “Zirə”, “Neftçi” klublarında uzun illər forma geyinmiş Sezar İtaliya A seriyasında da oynamaq imkanı tapıb. Lakin “Çezena”da oynaması belə, onun komandasız qalmasına mane olmayıb. Ötən mövsümü “Araz-Naxçıvan”da keçirmiş Meza Kolli indi özünə komanda axtarır.
Kristian (“Turan Tovuz”)
Kristian ötən mövsüm “Turan Tovuz”un aparıcı qüvvələrindən hesab edilsə də, yayda klub onun müqavilə müddətini artırmadı. “Sabah”da da forma geyinmiş 36 yaşlı futbolçu heç bir klubla müqavilə imzalayıb.
Dembo Darbo(“Neftçi”)
"Neftçi”yə böyük ümidlərlə gətirilmiş Dembo komandaya heç bir xeyir vermədən ölkəmizi tərk etdi. Qambiyadan olan forvard Bakı klubunun tarixində ən uğursuz transferlərdən hesab oluna bilər. 27 yaşlı futbolçu Qazaxıstan, BƏƏ, Belarusda legioner həyatı yaşayıb.
Maykl Tike(“Şamaxı”)
Bu yay “Şamaxı”dan göndərilən legionerlər arasında Maykl Tike yeganə futbolçudur ki, özünə komanda tapa bilməyib. 32 yaşlı vingerin Azərbaycandakı karyerasının çox da diqqətçəkən olduğunu söyləmək mümkün deyil.
Miloş Miloviç(“Sumqayıt”)
29 yaşlı mərkəz müdafiəçisi “Sumqayıt”dan ayrıldıqdan sonra işsiz qalanlardandır. Vaxtı ilə Monteneqro millisinə də cəlb edilmiş futbolçuya hazırda rəsmi müqavilə təklif edən komanda yoxdur. Olsa belə, hansısa klubla qarşılıqlı razılaşma əldə edilməyib.
Valdemar Almeyda “Pana”(“Kəpəz”)
Anqola millisinin sabiq üzvü 2023/2024 mövsümün “Səbail”də keçirdikdən sonra “Kəpəz”ə keçid etmişdi. “Şaviş”, “Akademiko Vizeu”, “Leykşoeş” kimi komandalarda oynamış Valdemar hazırda komanda axtarışındadır.
Mirbağırağa
saytlarin hazirlanmasi