UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunun keçiriləcək "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununun hakimkəri müəyyənləşib.
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu belçikalı FİFA Referisi Erik Lambrexts idarə edəcək.
Ona yan xətdə Co De Veird və Kevin Monteni kömək edəcək..
Natan Verbumen isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək "Benfika" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.