AZ

Naxçıvanda tranzit yükdə 63 kiloqram marixuana aşkarlandı

Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Türkiyəyə gedən etilen polimer yükü rentgen baxış qurğusundan keçirilərkən monitorda şübhəli təsvirlərin görünməsi səbəbindən əsaslı yoxlamaya cəlb olunub.

Doğru.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən bildirilib ki, yoxlama zamanı yükün 30 kisəsinin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 63 kiloqram olan marixuana aşkar edilib.

DOĞRU.AZ

Faktla bağlı araşdırma aparılır.

Seçilən
49
36
dogru.az

10Mənbələr