AZ

Erik Lambrext Qarabağ üçün arzuolunmaz hakim

Fanat saytına istinadən ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin  1-ci turunda keçiriləcək "Benfika" - "Qarabağ" oyununu idarə edəcək belçikalı FİFA referisi Erik Lambrext Ağdam təmsilçisi üçün uğursuz hakimdir.

Fanat.Az-ın məlumatına görə, o, daha öncə "köhlən atlar"ın 3 avrokubok matçında iş başında olub.

Maraqlıdır ki, "Qarabağ" bu qarşılaşmaların heç birində qələbə qazanmayıb. Bunlar "Molde" (2:2), "Frayburq" (1:2) və "Bazel" ilə oyunlardır.

Qeyd edək ki, sentyabrın 16-da reallaşacaq "Benfika" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
fanat.az

2Mənbələr