AZ

Alim Nəbiyev MMA-də debütünü qələbə ilə başladı - FOTO/VİDEO

Bu gün Bakıda keçirilən turnirdə 7 qat dünya, 3 qat Avropa çempionu Alim Nəbiyev MMA üzrə ilk döyüşünə çıxıb.


Manset.az xəbər verir ki, onun rəqibi iranlı idmançı Nezhad Vahid olub.

Döyüşün taleyi birinci raundda həll olunub – Alim Nəbiyev rəqibini nakautla məğlub edərək MMA karyerasına parlaq qələbə ilə start verib.

Qeyd edək ki, Alim Nəbiyev növbəti dəfə oktyabrın 25-də Batumidə keçiriləcək “Grand Bellagio” turnirində rinqə çıxacaq.


Seçilən
19
7
manset.az

10Mənbələr