AZ

"Benfika" - "Qarabağ" matçı belçikalılara tapşırıldı

Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda keçiriləcək "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununun hakimləri müəyyənləşib.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu belçikalı FİFA referisi Erik Lambrexts idarə edəcək.

Ona yan xətdə Co De Veird və Kevin Monteni kömək edəcək..

Natan Verbumen isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Sentyabrın 16-da"Estádio do SL Benfica"da keçiriləcək "Benfika" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
15
sportinfo.az

1Mənbələr