Noyabrın 1-dən etibarən Ermənistana giriş-çıxış zamanı Ağrıdağ artıq sərhəd möhüründə təsvir olunmayacaq.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Yeni möhür şablonu Nazirlər Kabinetinin sentyabrın 11-də keçirilən iclasında qəbul edilmiş qərarında öz əksini tapıb. Qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək”, - məlumatda qeyd olunub.