BAKI, 14 sentyabr. TELEQRAF
NTD amerikalı basketbolçu Camel Kingi transfer edib.
Teleqraf xəbər verir ki, kiçik forvard mövqeyində çıxış edən 23 yaşlı basketbolçu ilə birillik müqavilə imzalanıb. King son olaraq ABŞ-nin “Kenneso Steyr Ouls” klubunun şərəfini qoruyub.
Qeyd edək ki, NTD buna qədər Ladarius Marşalın, Kobi Montqomerinin və Andra Makkinin transferlərini həyata keçirib.