AZ

KİV: Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcək

BAKI, 14 sentyabr. TELEQRAF

ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir. Buna səbəb bəzi Avropa ölkələrinin onun əsas tələblərini yerinə yetirməyəcəyi ilə bağlıdır.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" yazır.

Nəşrin məlumatına görə, Tramp daha əvvəl bəyan etmişdi ki, yalnız bütün NATO üzvləri eyni addımı atacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. O, həmçinin bütün müttəfiqlərdən Rusiyadan neft idxalını dayandırmağı və Çinə yüksək rüsumlar tətbiq etməyi tələb edib.

Avropa Komissiyası bu məsələ ilə bağlı dünya üzrə tərəfdaşlarla işləyəcəklərini bildirib. Tramp isə Avropa liderləri ilə telefon danışığında Rusiyadan neft alışını mümkün qədər tez azaltmağa çağırıb.

Bununla belə, nəşr hesab edir ki, Trampın şərtlərinin həyata keçirilməsi demək olar ki, mümkün deyil. ABŞ prezidenti və onun müşavirləri də bunu anlayır. Rusiyanın neftinin ən iri alıcıları arasında olan Macarıstan və Türkiyənin idxalı tamamilə dayandırması gözlənilmir.

Digər tərəfdən, bir sıra Avropa ölkələri artıq Rusiyadan neft idxalını əhəmiyyətli dərəcədə azaldıblar. Lakin onların bir çoxu hələ də Rusiya qazından asılı olaraq qalır. Tramp isə çıxışlarında bu məsələyə toxunmayıb.

Nəşr xatırladır ki, Tramp dəfələrlə Rusiyaya qarşı sərt addımlar atacağı ilə hədələsə də, hər dəfə bundan yayınmağın yolunu tapıb. Məsələn, Alyaskada Vladimir Putinlə planlaşdırılan sammitin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş üçün zəmin yaradacağı deyilmişdi. Amma belə bir görüşün yaxın gələcəkdə baş tutması real görünmür.

Seçilən
10
teleqraf.com

1Mənbələr