AZ

Balakəndə sel suları körpünü dağıdıb - VİDEO

Balakəndə sel suları körpünü dağıdıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyr-sabit hava şəraiti hökm sürür.

Balakən rayonunun Gərəkli kəndi ərazisindən keçən, mənbəyini Qubek dağlarından alan Hunbul çayından səhər saatlarında sel keçib. Sel suları kəndin yuxarı hissəsində çayın üzərində olan körpünün bir hissəsini dağıdaraq yararsız hala salıb. Avtomobillərin və piyadaların gediş-gəlişi müvəqqəti dayanıb.

Hazırda aidiyyəti qurumlar hadisə yerinə baxış keçirərək körpüdə baş verən qəzanın aradan qaldırılması istiqamətində iş aparır.

https://t.me/apa_az/104064

"Cebheinfo.az" 

Seçilən
14
15
cebheinfo.az

10Mənbələr