AZ

Günəşdəki partlayışlar gözləniləndən daha təhlükəli ola bilər

Alimlərin yeni araşdırması Günəşdəki partlayışlarla bağlı maraqlı nəticə ortaya qoyub. Belə ki, solar partlayışlar (solar flares) indiyədək düşünüləndən daha isti ola bilər.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, tədqiqatçılar müəyyən ediblər ki, bu partlayışlar zamanı ionların temperaturu elektronlara nisbətən daha yüksək olur və bu fərq uzun müddət davam edə bilir. Bu kəşf elm adamlarının Günəşdə baş verən proseslərə dair mövcud təsəvvürlərini dəyişdirə bilər.

Mütəxəssislər bildirirlər ki, yeni nəticələr Günəş aktivliyi modellərinin yenidən nəzərdən keçirilməsini və kosmik hava ilə bağlı proqnozların dəqiqləşdirilməsini zəruri edir.

Qeyd edək ki, solar partlayışlar Yerdəki rabitə sistemlərinə, elektrik şəbəkələrinə və peyklərə ciddi təsir göstərə bilir.

Seçilən
32
1
azedu.az

2Mənbələr