AZ

İsrail ordusu Qəzzada Kotar Qülləsini vurdu

İsrail ordusu Qəzzada yerləşən çoxmərtəbəli Kotar Qülləsinə hava hücumu həyata keçirib. Məlumatı “N12LIVE” Qəzzadakı mənbələrə istinadən yayıb.

Musavat.com xəbər verir ki, hücumdan öncə İsrail hərbçiləri bölgə sakinlərinə müraciət edərək yaxın saatlarda hücum ediləcək ərazidən təxliyə olunmalarını tələb edib.

Hazırda hücum nəticəsində dağıntılar və mümkün itkilərlə bağlı dəqiq məlumat açıqlanmayıb.

Musavat.com

Seçilən
38
4
musavat.com

10Mənbələr