AZ

Polşada dron insidenti Trampa görə olub – İlginc iddia

“Polşada baş verən dron insidentinin məqsədi Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən danışıqlar prosesini sabotaj etmək idi”.

Turkustan.az xəbər verir ki, bunu rus politoloq Konstantin Bloxin deyib.

“Əslində, iki variant var: ya danışıqlar, ya da müharibə. Aydındır ki, polyaklar, ukraynalılar və Avropa İttifaqı (Aİ) təxribatda maraqlıdır. Ona görə də Donald Trampın mövqeyindən narazılıq edirlər”, – deyə o bildirib.

Politoloqun sözlərinə görə, Tramp NATO-dakı müttəfiqlərindən fərqli olaraq danışıqların tərəfdarıdır:

“Oxşar təxribat ABŞ-ın keçmiş Prezidenti Co Baydenin dövründə, Ukrayna raketi Polşa ərazisinə uçarkən baş verdi. Ardınca polyaklar az qala ABŞ-ın Ukraynaya qoşun göndərməsini təklif etdilər”./Globalinfo.az

Seçilən
7
1
turkustan.az

2Mənbələr