AZ

Putin rus qadınlarını doğuzdurmaq üçün yeni üsullara əl atır

Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatları Sergey Mironov və Yana Lantratova hamilə qadınlara dəstək məqsədilə yeni təşəbbüslə çıxış ediblər. Onlar kişilərə hamilə həyat yoldaşlarına qulluq etmək üçün xüsusi məzuniyyət verilməsini təklif ediblər. Bu barədə deputatlar Baş nazirin müavini Tatyana Qolikovaya rəsmi müraciət ünvanlayıblar.

Rusiya demoqrafik böhranla üz-üzədir: əhalinin sayı sürətlə azalır, millət qocalır. Son illərdə Kremlin siyasətində demoqrafik mövzu xüsusi yer tutur. “Putin doktrinası” rus qadınlarını daha çox doğuşa həvəsləndirmək, ailələri çoxuşaqlı olmağa stimullaşdırmaq üzərində qurulub.

Deputatların təklifi də bu strategiyanın davamı kimi qiymətləndirilir. Kreml rəhbərliyi müxtəlif sosial imtiyazlarla ailələrin uşaq sayını artırmaq niyyətindədir.

Musavat.com

Seçilən
23
20
musavat.com

10Mənbələr