AZ

Fransada fermerlər Avropa İttifaqının ticarət siyasətinə etiraz edir

BAKI, 14 sentyabr. TELEQRAF

Fransanın aparıcı kənd təsərrüfatı təşkilatı (Milli Fermerlər Həmkarlar İttifaqı Federasiyası) hökumətin siyasətinə, xüsusilə də Avropa İttifaqının Cənubi Amerika Ümumi Bazarı (MERCOSUR) ilə bağladığı sazişə qarşı etiraz aksiyası elan edib.

Teleqraf xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.

Federasiyanın rəhbəri Arno Russo bildirib ki, aksiya sentyabrın 26-da bütün departamentlərdə keçiriləcək.

Onun sözlərinə görə, fermerlər MERCOSUR sazişinə, Donald Trampın tətbiq etdiyi rüsumlara və beynəlxalq idxala qarşı çıxış edəcək. Russo misal olaraq Ukrayna mənşəli məhsulları göstərib və onların həm sağlamlıq, həm də ətraf mühit üçün təhlükə yaratdığını qeyd edib.

Seçilən
25
3
teleqraf.com

4Mənbələr