AZ

Yamalın uzun müddət ayağına top dəyməyəcək

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona"nın hücumçusu Lamin Yamal qasıq nahiyəsindəki problemlərə görə müddətsiz olaraq sıradan çıxıb.

Milli.Az xəbər verir ki, forvard La Liqanın 4-cü turunda "Valensiya" ilə oyunu buraxacaq.

"Lamin Yamalın qasıq nahiyəsində problem yaranıb və buna görə o, bu gün məşq edə bilməyib. O, bazar günü "Valensiya" ilə qarşılaşmada oynamayacaq və problem həll olunana qədər komandada məşq etməyəcək," - deyə klubun açıqlamasında bildirilir.

14 sentyabrda "Barselona" La Liqa çərçivəsində "Valensiya"nı qəbul edəcək, 18 sentyabrda isə katalonlar Çempionlar Liqasında səfərdə "Nyukasl"la qarşılaşacaqlar. /Lent.az

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
6
news.milli.az

10Mənbələr