AZ

Sel Zaqatalada körpünü qəzalı vəziyyətə salıb, həyət evlərini, bağları su basıb VİDEO YENİLƏNİB

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Talaçayın məcrasından çıxması nəticəsində Zaqatala rayonunun Üçüncü Tala kəndində də təsərrüfatlara ciddi dəyib.

APA-nın Şimal-qərb bürosunun xəbərinə görə, çayın rayonun Üçüncü Tala kəndi ərazisindən keçən hissəsində məcrasından çıxması səbəbindən kəndin Momqabinə və Masğarabinə obalarında kənd sakinlərinə məxsus ümumilikdə 15 hektara yaxın ərazidə fındıq bağları və əkin sahələrini su basıb, təsərrüfatlara ciddi ziyan dəyib.

***

saat 15.14

Sel Zaqatalada körpünü qəzalı vəziyyətə salıb, evlərin həyətyanı sahəsini və fındıq bağlarını su basıb.

APA-nın Şimal-qərb bürosunun xəbərinə görə, son günlər Böyük Qafqaz darlarının cənub ətəyinin Zaqatala rayonu ərazisinə yağan intensiv leysan yağışlar səbəbindən Talaçay, Muxax, Silban, Bəkməz və digər çaylarda suyun səviyyəsi kəskin artıb, Talaçaydan səhər saatlarında sel keçib.

Talaçay rayonun Makov kənd inzibati ərazisinə aid Hövtala kənd ərazisindən keçən hissədə məcrasından çıxaraq çayın üzərindəki piyada körpüsünün bir hissəsini qəzalı vəziyyətə salıb. Hövtala kəndində 10-a yaxın evin həyətyanı sahəsini və bir-neçə sakinin fındıq bağını su basıb, təsərrüfatlara ziyan dəyib.

Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görür.

https://t.me/apa_az/104072

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
8
apa.az

10Mənbələr