“Bakıdan keçən İran-Rusiya qaz kəməri bağlanıb”.
“Cebheinfo.az” xəbər verir ki, bunu “Sepah Pasdaran Telegram” kanalı yazır.
Telekanalın məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian Prezident Vladimir Putinlə görüşündə Rusiya qazının tranziti məsələsini yenidən gündəmə gətirib.
“Mütəxəssislər vurğulayırlar ki, Gürcüstan-Ermənistan marşrutu xeyli qısadır və daha yüksək ötürmə qabiliyyətinə malikdir.
Xəbərdarlıq edilir ki, Azərbaycanın bu qaz layihəsini Zəngəzur dəhlizinin təşviqi üçün rıçaq çevirməsinə imkan verilməməlidir.
Enerji təkcə iqtisadiyyat deyil, həm də regionda böyük geosiyasi oyunun bir hissəsidir”, - kanal yazır.