AZ

Qrenlandiya köpək balığı 500 il yaşayır

ain.az, Azpost portalına istinadən məlumat verir.

Alimlər Qrenlandiya köpək balıqlarının niyə 500 il yaşadığını aşkar ediblər.

Yeni araşdırmalar Qrenlandiya yırtıcı balığının niyə onurğalılar arasında ən uzun ömür yaşadığını ortaya çıxarıb. Alimlər bildirib ki, bu canlının ömrü 500 ildir.

Qrenlandiya köpək balığının (Somniosus microcephalus) orta ömrü təxminən 250 ildir, lakin 500 ildən çox yaşaya bilər. Bu onun dünyanın ən uzunömürlü onurğalısı olduğunu göstərir. Belə növdən olanların Arktikada, Şimali Atlantik okeanlarında 2647 metrə qədər suyun dərinliklərində yaşadığı deyilir.

“Live Science” nəşrinin məlumatına görə alimlər aşkar edib ki, Qrenlandiya köpək balığı aktiv maddələr mübadiləsinə görə yüzillərlə yaşaya bilər. Elm adamları üçün diqqəti cəlb edən yeni, daha maraqlı bir məqam da odur ki, belə köpəkbalığıların ömrü uzandıqca, yaşlansalar belə zahirən dəyişmirlər. Bu təəccüb doğuran kəşf isə əvvəlki alimlərin fərziyyələri ilə tamamilə ziddiyyət təşkil edir.

Nəşr yazır: “Bu tədqiqatların nəticələrini ictimaiyyətə təqdim edən elm adamları sübut edib ki, metabolizm, fermentlərin qida maddələrini enerjilərə parçaladığı kimyəvi prosesdir və bu enerjini toxuma qurmaq, həmçinin bərpa etməkdən ötrü istifadə edən proseslərdir. Elə buna görə yaşlanan Qrenlandiya köpək balıqlarının sabit metabolizmi həm də onlarda digər heyvanlar kimi degenerasiyaya uğramaq ehtimalının olmadığını göstərir. Yəqin ki, bu amil də onların uzun ömür sürməsinin səbəbidir”.

Oqtay Qorçu

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
azpost.info

1Mənbələr