AZ

“Kəpəz” ardıcıl 4 cü oyunda uduzdu, Naxçıvan zirvəyə yüksəldi

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kəpəz (Gəncə) - Araz-Naxçıvan 0:2 (0:0)22. Məmməd Hüseynov - 5,029. Məqsəd İsayev - 5,538. Cefferson Bentu - 5,029. Dioqo Verdaşka - 5,088. Şakir Seyidov - 5,5(21. Sadiq Şəfiyev, 81) - qiymətsiz7. Ehtiram Şahverdiyev - 5,0(15. Raul Məmmədov, 73) - 3,56. Pedro Qomeş - 4,512. Mahamadu Ba - 4,510. Rinosuke Ohori - 6,0(55. Kresus Donqo, 73) - 4,011. Vitor Feyjao - 5,5(77. Fərid Nəbiyev, 81) - qiymətsiz9. Luis Paçu - 5,0Ehtiyat oyunçular1. Kasper Rosa81. Elgün Bayramov99. Əli Səmədov17. Ümid Səmədov20. Elcan Əbilov23. Fərid Kələntərov66. Arzu Atakişiyev19. Otar AptsiauriBaş məşqçi: Adil ŞükürovKomandanın ən yaxşısı: Rinosuke Ohori12. Kristian Avram - 5,55. Slavik Alxasov - 7,04. Rahil Məmmədov - 5,517. İssuf Paro - 5,534. Urfan Abbasov - 5,029. Vanderson Melo - 5,5(2. Qara Qarayev, 77) - qiymətsiz6. Patrik Andrade - 6,0(8. Coşqun Diniyev, 89) - qiymətsiz10. Felipe Santos - 6,523. Nuno Rodriges - 6,0(19. Bar Kohen, 66) - 6,070. Şarl Boli - 5,5(7. Hamidu Keyta, 66) - 5,011. Çance Simakala Ba-Muaka - 6,5(14. Ülvi İsgəndərov, 66) – 6,0Ehtiyat oyunçular94. Tərlan Əhmədli3. Bəxtiyar Həsənalızadə26. Ömər Buludov22. Elçin Mustafayev24. Mustafa Əhmədzadə77. Bruno FrankoBaş məşqçi: Elmar BaxşıyevKomandanın ən yaxşısı: Slavik AlxasovQollar: S.Alxasov, 65 (0:1, Ç.Simakala). B.Kohen, 86 (0:2, F.Santos).Hakimlər: RAUF CABBAROV, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov (hamısı Bakı).VAR hakimi: Əliyar Ağayev (Bakı).VAR hakiminin köməkçisi: Zeynal Zeynalov (Bakı).Hakim-inspektor: Munis Abdullayev (Bakı).AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).12 sentyabr. Qəbələ. Şəhər stadionu. 200 tamaşaçı (4500 yerlik).Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.Oyunun qiyməti: 5,5.“Araz-Naxçıvan” Qəbələyə cari mövsümdə uduzmayan komanda kimi təşrif buyurmuşdu, “Kəpəz” isə ardıcıl üç məğlubiyyətdən sonra, nəhayət, xal qazanmaq istəyirdi. Düşünmək olardı ki, yığma fasiləsi Adil Şükürovun və gəncəlilərin işinə yarayacaq. Ancaq...Çox sürətli başlayan oyunun axarına nəzarət, gözlənildiyi kimi, qonaqların əlində idi. Elə ilk təhlükəli vəziyyəti də naxçıvanlılar yaratdı. 14-cü dəqiqədə Nunonun ötürməsindən sonra Slavik topu boş qapıya göndərsə də, qol ofsayd üzündən ləğv olundu. Qarşılıqlı top itkiləri çox, qapılar önündə təhlükəli vəziyyətlərin sayı isə az idi. Feyjao 36-cı dəqiqədə uzaqdan zərbə endirdi, amma Avram yerində idi və bu topu qaytarmaq onun üçün çətin olmadı. Bir dəqiqə sonra qonaqlar daha böyük qüvvə ilə irəli atıldı. Hücumu Slavik uzaqdan zərbə ilə tamamladı, ancaq top qapı torunu üstdən silkələdi.Komandalar 2-ci hissəyə heç bir dəyişiklik etmədən başladı. Adil Şükürov oyunçu dəyişikliyi etməsə də, taktiki sxemdə əl gəzdirdi, Şakir Seyidovu dayaq yarımmüdafiəçisi mövqeyinə çəkdi. İlk hücum gəncəlilərdən gəldi. 58-ci dəqiqədə cərimə meydançasına daxil olan Məqsəd qapıya güclü zərbə endirsə də, Avram topu qaytardı. Qonaqlardan isə Patrik 64-cü dəqiqədə qapıya dəqiq, amma güclü olmayan zərbə vurdu. Nəhayət, 65-ci dəqiqədə hesab açıldı. Santosdan ötürmə alıb sağ cinahla irəliləyən Simakala penalti nöqtəsi həndəvərinə ötürmə verdi. Heç kimin nəzarət etmədiyi Alxasov çox rahat şəkildə topu tora göndərdi. Gəncəlilər hesabı bərabərləşdirməyə çalışsalar da, real qol vəziyyətlərindən danışmaq çətin idi. 75-ci dəqiqədə Paçu cərimə meydançasının xətti üzərindən çox yöndəmsiz zərbə vurdu. Naxçıvanlılar da boş dayanmırdı. 86-cı dəqiqədə oyunun taleyini həll edən qol vuruldu. Avramın başladığı hücumu Ülvi davam etdirdi, onun hücuma qoşduğu Felipe Santos Koheni zərbə mövqeyinə çıxardı. Bu artıq “Kəpəz”in cari mövsümdə ardıcıl 4-cü məğlubiyyəti mənasına gəldi. Oyunun sonlarında Şükürovun komandası nə qədər çalışsa da, təsəlli qolu belə vura bilmədi. “Araz-Naxçıvan” bu qələbədən sonra zirvəyə yüksəldi. Daha doğrusu, “Qarabağ” – “Zirə” oyununun heç-heçə bitməsi də buna şərait yaratdı.Gözdən qaçmadı Stadionun monitoru ikinci hissədə düzəldi. “Kəpəz”i hərəsində 10-15 nəfər olmaqla üç azarkeş qrupu dəstək verirdi. Gəncəli azarkeşlər Avramı Norveçlə oyunda 11 qol buraxdığına görə lağa qoydu.MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
1
icma.az

2Mənbələr