AZ

Səngərdə doğulan günəş - Fatma Səttarova

Bakı. Trend:

Bəzən bir insan bir əsrin yükünü çiyinlərində daşıyır. Sankitarix onun nəfəsində danışır, zaman isə onun gözlərində qərartutur. Belə insanlar nadir doğulur. Onlar yalnız bir dövrün deyil,bütöv bir xalqın yaddaşına çevrilirlər. Onlardan biri də şəfqətinsəngərində, mübarizənin meydanında, ön cəbhədə sübuta yetirən,ləyaqətin cəmiyyətdə rəmzinə çevrilən Fatma Hüseyn qızıSəttarovadır.

Fatma Səttarova 1922-ci ildə Bakı şəhərində anadan olmuşdu.Ailənin tək övladı idi. 1940-cı ildə Bakı Tibb Texnikumunubitirmişdi. Cəmi bir il sonra 1941-ci ilin yanvarında ailə həyatıqurmuş, lakin bu xoşbəxtliyin ömrü cəmi beş ay sürmüşdü. İyunayında İkinci Dünya müharibəsi başlandı. Fatma xanım 18 yaşındaolmasına baxmayaraq könüllü olaraq cəbhəyə yollandı. Faşizmüzərində qələbə üçün ölümə çarpışmaqdan belə çəkinmədi. Bu gəncqadın ön xəttdə şəfqət bacısı kimi xidmət göstərməyə başladı.Moskova uğrunda gedən mübarizə ilə qəhrəmanlıq tarixi yaradan Fatmaxanım Səngərlərdə yaralı əsgərləri ölümün pəncəsindən xilas edir,həyatla ölüm arasındakı sərhəddə ümid paylayırdı. Leninqradınmühasirəsi zamanı Ladoqa gölünün üzərində salınmış məşhur “Həyatyolu”ndan keçərək döyüş bölgələrinə ərzaq və dərman daşıyır,yaralıları təhlükədən uzaqlaşdırırdı. Göydən bombaların yağdığıanlarda belə insanlıq və mərhəmət hissini itirmədi. Müharibə onuəymədi əksinə, daha da möhkəmləndirdi. O, Berlinə qədər döyüş yolukeçdi. Lakin 1945-ci ilin əvvəllərində Macarıstanda xəstələndi vəordudan tərxis olundu. Yaralı əsgərlərlə dolu eşalonu müşayiətedərək Bakıya döndü. Üç ay sonra isə böyük Qələbə elan olundu.Fatma Səttarovanın həyatında müharibədən sonra yeni səhifə açıldı.Tibb sahəsini tərk edərək Bakı Dövlət Universitetinin İqtisadiyyatfakültəsində təhsil aldı. Sonrakı illərdə müxtəlif dövlətqurumlarında çalışdı. Amma onun ən böyük vəzifəsi xalqa və Vətənəxidmət idi. İctimai fəaliyyətə qoşulan Fatma xanım AzərbaycanRespublikası Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatında çalışmağa başlamış və 2021-ci ildə bu qurumun sədritəyin olunmuşdu. Bu vəzifədə o, bütün veteranlar üçün çalışırdı.Onların sosial rifahı, mənzil və tibbi təminatı kimi məsələlərinhəllində fəal mövqe tutdu. Məktəblərdə və hərbi hissələrdəgənclərlə görüşlər keçirərək vətənpərvərlik ruhunun formalaşmasınamühüm töhfə verdi. Fatma xanımın rəhbərliyi dövründə təşkilat nəfəsalan bir ailəyə çevrilmişdi. Bu ailənin hər bir üzvü bu gün Fatmaxanımı dərin minnətdarlıqla xatırlayır. Onun adı çəkiləndə yalnızkeçmiş yada düşümür, həm də gələcəyin yol xəritəsi göz önündəcanlanır.

Fatma Səttarovanın həyat yolu dövlət rəhbərləri tərəfindən dəyüksək qiymətləndirilmişdir. Ümummilli Lider Heydər Əliyev onunlabir neçə dəfə görüşmüş, xatirələrini dinləmiş, onu “Azərbaycanınqəhrəman qızı” adlandırmışdı. Daha sonra Prezident İlham Əliyev vəBirinci xanım Mehriban Əliyeva ilə bir çox tədbirlərdə fəxri qonaqkimi iştirak etmiş, onların təşəbbüsü ilə keçirilən layihələrdəfəallıq göstərmişdir. Prezident İlham Əliyev onun haqqında belədemişdi: “Fatma Səttarova kimi insanlar bizim milli sərvətimizdir.”2021-ci ilin 9 may tarixində onun şərəfinə Silahlı Qüvvələrin FəxriQaraulu düzülmüş, 2022-ci ildə isə "İstiqlal" ordeni ilə təltifolunmuşdu. Eyni zamanda, “Qələbənin 75 illiyi”, “Vətənin fəxri” və“Veteran Həmrəyliyi” medallarına layiq görülmüşdü. Fatma xanım 14sentyabr 2024-cü ildə vəfat etdi və II Fəxri Xiyabanda dəfn olundu.Ömür yolu ilə nəsillərə örnək olan Fatma xanımın yoxluğuTəşkilatımızın üzvləri üçün ağır bir itki oldu. Onun məzarı bu günveteranların əziz xatirəsinin yaşadılacağı bir and yerinə çevrilib.Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva dəfnmərasiminə əklil göndərərək ona olan yüksək ehtiramlarını ifadəetmişdilər. İndi isə Təşkilat olaraq deyirik: “Nur içində yat,Fatma xanım. Allah sənə rəhmət eləsin. Biz səni heç zamanunutmayacağıq. Sən bizim yaddaşımızda, dualarımızda yaşayacaqsan.Vətənə və xalqa etdiyin xidmətlər daim xatırlanacaq, adınnəsillərdən nəsillərə ötürüləcək. Ruhun şad olsun!

Polkovnik Cəlil Xəlilov

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatınınsədri

Seçilən
36
2
az.trend.az

3Mənbələr