AZ

Polisə silahlı müqavimət göstərən Xankəndi sakini tutuldu

Bakı. Trend:

2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsillisakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığıyerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadanorada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərindəkeçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşlarıtərəfindən saxlanılmış, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarasıatmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimətgöstərmişdir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə bildirilibki, cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyantutulmuşdur.

Əməliyyat zamanı bir polis əməkdaşı yaralanmışdır.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgəcinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləriaparılır.

Seçilən
10
49
az.trend.az

10Mənbələr