AZ

“Biz elə bir nöqtəyə gəlib çatmışıq ki…” - Lamin Yamal

“Barselona”nın və İspaniya millisinin cinah oyunçusu Lamin Yamal yığmadakı komanda yoldaşları ilə münasibətlərindən danışıb.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, digər klublardan olan futbolçularla yaxşı anlaşdığını söyləyib:

“Milli komandada “Barselona”, “Real” və “Atletiko”dan olan oyunçular var, amma görürəm ki, biz elə bir nöqtəyə gəlib çatmışıq ki, hamı bir-biri ilə yaxşı anlaşır.

Biz dostuq, matçlar arasında birlikdə vaxt keçiririk. Bu, bizə daha yaxşı oynamağa və futboldan daha çox həzz almağa kömək edir”.

18 yaşlı futbolçu İspaniya millisinin heyətində 23 oyunda 6 qol vurub və 12 məhsuldar ötürmə edib.

Seçilən
15
sportinfo.az

1Mənbələr