AZ

Özbəkistanda dəmir yolu keçidində yol qəzasında 6 nəfər ölüb

Özbəkistanda dəmir yolu keçidində baş verən yol qəzasında altı nəfər ölüb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "Özbəkistan Dəmir Yolları"nın Mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

Məlumata görə, faciə Çortok və Uyçi stansiyaları arasında mühafizə olunmayan dəmir yolu keçidində baş verib.

"Gentra" markalı minik avtomobilinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, qatar yaxınlaşmazdan dərhal əvvəl dəmir yolunu keçməyə cəhd edib", - məlumatda bildirilir. 

Qeyd olunur ki, avtomobildəki altı nəfər- beş nəfər və bir azyaşlı ölüb. 

"Cebheinfo.az" 

Seçilən
11
2
cebheinfo.az

3Mənbələr