Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Muxax kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, Muxax kənd sakininin idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. İlkin ehtimala görə, qəzaya səbəb yağışlı hava və yolun sürüşkən olmasıdır.
Hadisə yerinə Təcili Tibbi Yardım Mərkəzinin briqadası cəlb olunub. İlkin tibbi yardım göstərildikdən sonra xəsarət alanlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Baş vermiş qəza ilə bağlı araşdırmaya başlanılıb.