AZ

Osman Nurmaqomedov yarımfinalda - DÇ

Sərbəst güləşçimiz Osman Nurmaqomedov (92 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

"Football-plus.az" xəbər verir ki, Nurmaqomedov 1/4 finalda Olimpiya mükafatçısı və üçqat Avropa çempionu olan Daulen Kuruglievi (Yunanıstan) 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, digər azərbaycanlı sərbəst güləşçi Cəbrayıl Hacıyev (79 kq) yarımfinala vəsiqə qazana bilməyib və Yunanıstan təmsilçisi, Avropa çempionu Georgios Kougimitsidisə 0:8 hesabı ilə uduzub.

Seçilən
68
1
football-plus.az

2Mənbələr