AZ

Polşada NATO qoşunları yerləşdiriləcək - Qətnamə imzalandı

Polşa prezidenti Karol Navroçki ölkə ərazisində NATO-ya üzv dövlətlərin xarici qoşunlarının yerləşdirilməsinə icazə verən qətnaməni imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” Polşa Milli Təhlükəsizlik Bürosuna istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, NATO dövlətlərinin hərbi qulluqçuları "Şərq keşikçiləri" əməliyyatının icrası zamanı Polşa ərazisində olacaqlar.

Son günlər Avropa gündəminin əsas mövzusu Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozmasıdır. Sentyabrın 10-na keçən gecə ölkədə 20-yə yaxın PUA qeydə alınıb, bunun fonunda NATO-ya üzv dövlətlərin döyüş təyyarələri havaya qaldırılıb. Bundan əlavə, Polşada bir neçə hava limanı müvəqqəti bağlanıb. Baş nazir Donald Tusk vəziyyəti şərh edərkən Moskvanı təxribatda ittiham edib.

Seçilən
16
publika.az

1Mənbələr