Yeni dərs ilinin sabah başlaması gül mağazalarını canlandırıb. Artıq mağazalar bu gündən sifariş yığmağa başlayıblar.
Xezerxeber.az-ın məlumatına görə, satıcılar deyirlər ki, valideynlər adətən yeni dərs ilinə 1 gün qalmış müraciət edirlər.
Əsas sifarişlər ümumi təhsil məktəblərinin ibtidai sinif şagirdlərinin valideynləri tərəfindən edilib.
Alıcıların sözlərinə görə, gülün qiyməti növünə görə dəyişir.
Valideynlərin işini asanlaşdırmaq üçün çox dükanda vitrinə nümunə kimi sadə və dəbdəbəli məktəbli buketləri də qoyulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.