“İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında yeni əməkdaşlıq sazişi Tehrana İranın nüvə obyektlərində yoxlama aparacaq agentlik əməkdaşlarının kimliyini seçmək hüququ verir”.
KONKRET.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli təhlükəsizlik komitəsinin üzvü Müctəba Zarei bildirib.
“Xarici işlər naziri Abbas Əraqçı BAEA-nın baş direktoru Rafael Qrossidən öhdəlik götürüb ki, Ali Milli Təhlükəsizlik Şurası bundan sonra təftişləri öz üzərinə götürüləcək. İran hətta müfəttişləri seçmək hüququna malikdir” , – deyə o vurğulayıb.
Xatırladaq ki, sentyabrın 9-da İran və BAEA Qahirədə İsrail və ABŞ-nin iyun hücumlarından sonra dayandırılmış əməkdaşlığı bərpa etmək barədə saziş imzalayıblar.