AZ

NATO Litvada sürətli qoşun hərəkəti təliminə başlayır...

...Şənbə günü, sentyabrın 13-də NATO Litvaya qoşun və texnikanın köçürülməsi üçün genişmiqyaslı təlimlərə başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, məqsəd Alyansın şərq cinahını gücləndirməkdir.

Bu barədə Hollandiyadakı Müttəfiqlər Komandanlığı X şəbəkəsindəki yazısında məlumat verib.

... “Böyük Qartal 25”(“Grand Eagle 25”) artıq başlayıb! Təlimlərin bir hissəsi olaraq NATO qüvvələri Litvaya qoşun və texnikanın sürətli, güclü və koordinasiyalı şəkildə köçürülməsini məşq edir, - postda deyilir.

Komandanlıq əlavə edib ki, “Böyük Qartal 25” təlimi NATO-nun şərq cinahını gücləndirməklə müttəfiqlərin döyüş hazırlığını və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq məqsədi daşıyır.

Əli Babayev

Seçilən
8
1
sia.az

2Mənbələr