AZ

Cəlilabadda yeni məktəbin şəhərdən kənarda tikilməsi narazılığa səbəb olubVİDEO

Cəlilabadda yeni məktəb binasının şəhər mərkəzindən xeyli kənarda tikilməsi sakinlərin narazılığına səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Cəlilabad rayonu, Göytəpə şəhər 2 saylı tam orta məktəbindən gedir. Valideynlərin sözlərinə görə, köhnə bina şəhərin mərkəzində yerləşirdi. Şagirdlərin və əsasən də kiçik yaşlı məktəblilərin gediş-gəlişi daha rahat idi. Yeni məktəb binası isə mərkəzdən 5 km uzaqlıqda yerləşir. Valideynlərı narazı salan əsas məsələ yeni binanın əvvəlki yerdə tikilməməsidir.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, Göytəpə şəhər 2 nömrəli tam orta məktəbin binasının yararsız vəziyyətdə olması səbəbindən yeni binanın inşasına qərar verilib. Təhsil şəraitinin yaxşılaşdırılması məqsədilə müasir və daha çox şagird yerlik məktəb üçün əvvəlki binanın yerləşdiyi ərazi uyğun hesab edilməyib. Bu səbəbdən də ondan 1-2 km məsafədəki ərazidə yeni məktəb binası inşa olunub. Müasir standartlara cavab verən məktəb yeni tədris ilinin ilk günü qapılarını şagirdlərə açacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
50
xezerxeber.az

1Mənbələr