ain.az, Xalq qazeti saytına istinadən bildirir.
Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Xətai Sənət Mərkəzində şair, publisist, tərcüməçi, həkim, AJB və AYB-nin Moskva bölməsinin katibi Afaq Şıxlı (Şıxlinskaya) ilə görüş keçirilib.
Tədbiri Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri Güllü Eldar Tomarlı açaraq, Afaq Şıxlının ömür və yaradıcılıq yolundan danışıb. O, vurğulayıb ki, Afaq Şıxlı imzası ədəbiyyatsevərlərə yaxşı tanışdır və bu görüş oxuculara onu daha yaxından tanımaq imkanı yaratdı.
Sonra söz Afaq Şıxlıya verilib. O, çıxışında tədbirdən duyduğu məmnunluğu bildirib və oxucular qarşısında şeirlərini səsləndirib.
Tədbirdə Bakı Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Əli Kərim adına Poeziya Evinin direktoru, AYB Poeziya bölməsinin sədri, şair İbrahim İlyaslı, həmçinin Elşən İbrahimov, Tərlan Qasımov, Yunis Qaraxanov, Əli Nəsib Zərdabi, filologiya üzrə fəlsəfə doktoru, "Ədəbi Turan Kitab Evi" ictimai birliyinin sədri Esmira Fuad, Afaq xanımın məktəb yoldaşları, dostları və yaxınları, eləcə də Mirvarid Dilbazi Poeziya Məclisi İB idarə heyətinin üzvü Tərxanım Museyibqızı çıxış ediblər.Tədbirin sonunda Afaq Şıxlı kitablarını tədbir iştirakçılarına hədiyyə etdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.