AZ

Bakının bəzi yollar bağlanırVİDEO

Bu gecədən Bakıda bəzi yollar bağlanır.

Xezerxeber.az-ın məlumatına görə, buna səbəb 19-21 sentyabrda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsidir.

Son iki ilin təcrübəsinə əsaslanaraq, bu il də şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün yarış müddətində bəzi əsas yollar əhalinin istifadəsi üçün açılacaq. 15-16-17 sentyabr tarixlərində yarış zolağının bəzi giriş-çıxış hissələri səhər saat 7-dən 9-dək, axşam isə saat 18:00-dan 20:00-dək nəqliyyatın hərəkəti üçün dayanma və durmaya icazə verilmədən sərbəst olacaq.

Yolların bağlanması ictimai nəqliyyatın fəaliyyətinə də təsir göstərəcək.

Tədbir bitənə kimi 72 və E1 nömrəli marşrutların avtobusları fəaliyyət göstərməyəcək. İstiqaməti dəyişdirilən avtobuslar da yarışlar başa çatandan sonra əvvəlki qrafikə qaytarılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


 

 

Seçilən
4
xezerxeber.az

1Mənbələr