ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Braziliya Prezidenti Luis İnasiu Lula da Silva ABŞ lideri Donald Trampı açıq və dürüst dialoqa çağırıb.
Axar.az xəbər verir ki, o bu barədə “Nyu York Tayms”da köşə yazısında bildirib.
"Mən ABŞ prezidenti ilə açıq və dürüst dialoq qurmaq üçün bu məqaləni yazmaq qərarına gəldim. Onilliklər ərzində apardığım danışıqlarda əvvəlcə həmkarlar ittifaqı lideri, sonra isə prezident kimi bütün tərəfləri dinləməyi və bütün maraqları nəzərə almağı öyrəndim", - Braziliya lideri bildirib.
Bundan əlavə Lula da Silva Trampın amerikalılara iş yerlərini qaytarmaq niyyətini tanıyıb, amma Vaşinqtonun Braziliya da daxil ölkələrə tarif tətbiq etməsini yanlış və siyasi motivli sayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.