AZ

İranda gözlənilməz hadisə: Edam siyasətinin qurbanı molla oldu

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xuzistan əyalətinin Behbəhan şəhərindən olan molla Seyid Cavad Mortezəvi katibəsini qətlə yetirməkdə ittiham olunaraq edama məhkum edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Onun hökmü bu gün səhər saatlarında Əhvazın Sepidar həbsxanasında icra olunub.

Məlumata görə, Behbəhanda nikah qeydiyyat ofisi olan Mortezəvi katibəsi ilə müvəqqəti nikaha girib. Daha sonra qadın Hüseyn Xələfi ilə evlənib.

2022-ci ilin martında Mortezəvi Xələfini öz ofisinə dəvət edərək onun çayına dərman qatıb yuxuya verdikdən sonra Behbəhandakı Şir Əli yoluna aparıb və bıçaqlayaraq öldürüb.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
globalinfo.az

2Mənbələr