AZ

Türkiyənin Karabük və Bursa vilayətlərində yanğın baş verib

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyənin Karabük və Bursa vilayətlərində meşə yanğınları qeydə alınıb.

TurkicWorld xəbər verir ki, Karabükün Ovacık rayonundakı yanğın yerli vaxtla saat 16:00 (Bakı vaxtı ilə 17:00) radələrində baş verib. Otluq ərazidə başlayan yanğın qısa müddətdə meşəyə keçib. Hadisə yerinə yanğınsöndürən və meşə briqadaları cəlb olunub. Həmçinin, 1 yanğınsöndürmə helikopteri də havadan dəstək verib.

Hazırda yanğının söndürülməsi üçün müdaxilə davam edir.

Bursanın Mudanya rayonundakı yanğın isə yerli vaxtla saat 17:00 (Bak vaxtı ilə 18:00) radələrində otluq sahədə başlayıb. Küləyin təsiri ilə sürətlə yayılan alov meşəlik əraziyə keçib. Əraziyə çoxlu sayda yanğınsöndürən göndərilib. Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam etdirilir.

Qeyd edək ki, mütəxəssislərin bildirdiyinə görə, iqlim dəyişikliyi fonunda Türkiyədə yanğın riski daşıyan günlərin sayı ildən-ilə artır. 2025-ci ildə bir çox bölgədə eyni anda bir neçə yanğın baş verib ki, bu da yanğınsöndürmə qüvvələrinin işini daha da çətinləşdirib.

Seçilən
22
turkic.world

1Mənbələr