Misli Premyer Liqasında 4-cü tura bu gün yekun vurulub.

Offsideplus.az xəbər verir ki, turun son matçında "Neftçi" "Sabah"ı qəbul edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

"Ağ-qaralar" 4 turdan sonra bu yenə qələbə qazana bilməyib. Bir oyun az keçirən "Sabah"ın isə 4 xalı var.

Hər iki komandanın heyətində ciddi itki yoxdur.

Misli Premyer Liqası, 4-cü tur

14 sentyabr (bazar)

19:00. “Neftçi” - “Sabah” 0:0 

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli

VAR: Kamal Umudlu

AVAR: Vüsal Məmmədov

“Neftçi Arena”