AZ

Təqvimdən şikayətləndi - “Qarabağ”ın rəqibinin baş məşqçisi

“Napoli”nin baş məşqçisi Antonio Konte sıx oyun təqvimi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, rotasiyaya əl atmalı olacaqlarını bildirib:

“Bu, bizim üçün həqiqət anıdır. İndi hər üç gündən bir meydana çıxacağıq, mövsüm şübhəsiz ki, çətin olacaq.

Rotasiyaya əl atmalı olacağıq, komanda isə səbr göstərməlidir ki, öhdəsindən gəlsin”.

İtaliya çempionları bu gün səfərdə “Fiorentina” ilə üz-üzə gələcək. Komanda sentyabrın 18-də isə UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda “Mançester Siti”yə qarşı oynayacaq.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Seçilən
18
sportinfo.az

1Mənbələr