AZ

Sumqayıtda xəstəxananın həyətində ölü döl aşkarlanıb

Sentyabrın 14-də, saat 14:20-də Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə mühafizə polisi tərəfindən ölü döl aşkar edilib.

Bu barədə Operativ Media-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.

Qeyd olunub ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.

Seçilən
13
operativmedia.az

1Mənbələr