AZ

Məktəb açılmamış valideynlərdən pul yığılır - İDDİA və RƏSMİ CAVABVİDEO

Abşeron rayonu, Xırdalan şəhəri, 9 nömrəli tam orta məktəbdə valideynlərdən pul yığıldığı iddia olunur. “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən valideynlər bu təhsil ocağında dərslər başlamamış təmir pulu yığımından təngə gəldiklərini iddia edirlər. 

Xezerxeber.az-ın məlumatına görə, 9 nömrəli tam orta məktəbin Valideyn komitəsinin sədri vəzifəsini icra edən Aygül adlı xanım bununla bağlı sosial şəbəkədə yaradılan qrupda valideynlərə pulu karta və ya nağd şəkildə təqdim etmələrini istəyir.  

Bu səs yazısından sonra bəzi valideynlər pulu vermədiklərinə görə Aygül adlı xanım qrupa yenidən səs göndərir. Bu dəfə isə tələb formasında.

Məsələ təmir pulu ilə də yekunlaşmır. Bu dəfə isə tort və gül pulu üçün vəsait tələb edir.

Daha sonra müəllimin ad günü üçün qızıl- zinət əşyalarının alınması üçün valideynlərdən pul istənilir.

Səs yazısında Aygül adlı şəxs tələb olunan vəsaiti verməyən valideynləri yenidən təkidlə pulu vermələrini istəyir. Bu dəfə isə söhbətdə direktor müavininin adı hallanır.

Məsələ ilə bağlı Valideyn komitəsinin sədri vəzifəsini icra edən Aygül adlı xanımla əlaqə saxladıq. O, bu halların məcburi olmadığını, təşəbbüs xarakterli olduğunu və təlimatların isə məktəb rəhbərliyi tərəfindən verildiyini bildirdi.

9 nömrəli məktəbin direktoru Qərənfil İbrahimova ilə əlaqə də saxladıq. O, bütün iddiaların əsassız olduğunu qeyd etdi.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə də müraciət etdik. İdarədən "Xəzər Xəbər"ə bildirdi ki, məsələ araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
3
xezerxeber.az

1Mənbələr