Bakı, 14 sentyabr, AZƏRTAC
İngiltərə Premyer Liqasında IV turun mərkəzi görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, “Mançester Siti” “Mançester Yunayted”i qəbul edib. Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyununda isə “Liverpul” səfərdə “Börnli”ni 1:0 hesabı ilə üstələyib.
Hazırda “Liverpul” maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir - 12 xal.