Türkiyənin “Show TV” kanalında yayımlanan “Kızılcık Şerbeti" serialının yeni sezonunun ilk seriyasındakı yasaq eşq səhnəsi müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, serialda “Doğa” və “Firaz” obrazlarının yaşadığı yasaq eşq ictimai qınağa səbəb olub.
Artıq məsələ ilə bağlı Türkiyə Radio və Televiziya Şurası (RTÜK) hərəkətə keçib. Qurumdan bildirilib ki, ictimai reaksiyalar və daxil olan şikayətlər ciddi şəkildə qiymətləndirilir və serialla bağlı tədbir görülməsi planlaşdırılır.
2025-ci ilin “Ailə İli” elan edilməsi xatırladılıb və ailəni hədəfləyən hər hansı yayımın gənclərə, eləcə də cəmiyyətə birbaşa təsir göstərdiyi vurğulanıb.