AZ

Madriddə Fələstin tərəfdarları velosiped yarışını dayandırdılar

BAKI, 14 sentyabr. TELEQRAF

Fələstin tərəfdarları İspaniyanın paytaxtı Madriddə keçirilən Vuelta a España velosiped yarışının final mərhələsini dayandırıblar.

Teleqraf xəbər verir ki, fəallar yarışın keçirildiyi trasa qaçıblar. Bu səbəbdən idmançılar yarışı davam etdirə bilməyiblər.

Polis nümayişçilərə qarşı səs qumbaralarından istifadə edib.

Yarışda asayişi 1500-dən çox polis qoruyur.Buna əsas səbəb İsraildən olan komandanın yarışda iştirakıdır.

2024-cü ilin mayında İspaniya hökuməti Fələstini paytaxtı Şərqi Qüds olan bir dövlət kimi rəsmən tanıyıb.

Seçilən
51
teleqraf.com

1Mənbələr