Bakıda keçirilən toyların birində maraqlı hadisə yaşanıb.
Şadlıq sarayına gələnlər böyük ekranda «Qarabağ»ın oyununu izləyib.
Məclis əhlinin bir gözü həm rəqs edənlərdə, həm də futbolçularda olub.
Ağdam klubu Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. «Köhlən atlar» pley-off mərhələsində «Ferensvaroş»u üstələyib - 3:1 və 2:3.
Azərbaycan çempionu bu nəticə ilə tarixi nəticəsini yeniləyib. Komanda ilk dəfə 2017-ci ildə qitənin ən nüfuzlu turnirində mübarizə aparıb.
SPORTİNFO.AZ