AZ

Aeroportda işıqlar söndü, dövlət başçısının təyyarəsi 2 saat havada qaldı - FOTO

Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çizikedi qəribə kuryozla üzləşib.

Avtosfer.az xəbər verir ki, ölkə daxilinə səfərdən qayıdan dövlət başçısının təyyarəsi paytaxt Kinşasadakı Ncili aeroportuna yaxınlaşarkən hava limanının elektrik təminatı kəsilib. əvvəlcə idarəetmə qülləsində işıqlar sönüb, ardınca radarlar fəaliyyətini dayandırıb, uçuş zolağının işıqlandırılması dayanıb. Pilotlar məcburən gecə vaxtı Kinşasa üzərində 2 saat dövrə vurublar. 
Bu müddət ərzində ehtiyat elektrik təchizatı sistemini işə salmaq mümkün olmayıb. Hava bir qədər alatoranlaşanda pilotlar elə gövdə işıqları ilə ölkənin birinci bortunu yerə endiriblər.

Hadisədən dərhal sonra polis elektrik təchizatına məsul şəxsləri dindirib, aeroportun rəisi vəzifəsindən azad edilib. Bir neçə saat sonra isə prokurorluq onun həbsinə order verib. İstintaq davam edir.

Vüqar

FOTO QALEREYA
Seçilən
5
1
avtosfer.az

2Mənbələr