AZ

2-ci Liqa: "Xankəndi" və "Şəki" darmadağına sevindi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 2-ci turunun oyunlarına start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Xankəndi” “Quba” ilə ev oyununda 4 cavabsız qolla qalib gəlib. “Şəki” isə “Araz Saatlı” ilə səfər oyunundan 12 cavabsız qolla qalib ayrılıb.

2-ci turun qalan görüşləri sentyabrın 15-də və 16-da keçiriləcək.

“Xankəndi” – “Quba” 4:0
Qollar: Pərviz Qaraxanov, 16; Elməddin Hüseynzadə, 30; Bəhruz Teymurov, 72; 74.
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Mirnihat Seyidov, Rəsul Babayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Məkan: “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Araz Saatlı” – “Şəki” 0:12
Qollar: Cavid İmamverdiyev, 4; 17-pen; 27-pen; 55; 88. Saleh Süleymanov, 11; 60. Rafiq Abdullayev, 13 – öz qapısına. Rauf Məhərrəmov, 38; 61. Kazbək Qafarov, 40. Nurlan Novruzov, 68.
Hakimlər: Nəriman Ağayev, Safalı Ağayev, Rəşad Quliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Məkan: Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

Seçilən
12
1
fanat.az

2Mənbələr