AZ

Göygöldə maşınlar toqquşdu - Xəsarət alanlar var

Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan iki avtomobil toqquşub.Qəza zamanı 1989-cu il təvəllüdlü H.Həsənov və 1974-cü il təvəllüdlü C.Hacıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
4
1
unikal.az

2Mənbələr