AZ

HAMAS islam ölkələrindən İsrailə təzyiq üçün alyansın yaradılmasını gözləyir

HAMAS hərəkatı islam ölkələrini İsrailə qarşı təzyiq göstərmək üçün beynəlxalq alyans yaratmağa çağırıb.

APA xəbər verir ki, hərəkat Dohada keçiriləcək Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının sammitində bu istiqamətdə qərarın qəbul olunacağına ümid etdiyini bəyan edib.

HAMAS-ın "Telegram" kanalında yayımlanan açıq məktubda qeyd olunub ki, Qəzza zolağında atəşkəsin təmin olunması üçün təxirəsalınmaz addımların atılması vacibdir.

“Ümid edirik ki, İsrailə və onun müttəfiqlərinə təzyiq göstərə biləcək beynəlxalq alyans formalaşdırılacaq”, – sənəddə vurğulanıb.

Seçilən
5
1
apa.az

2Mənbələr