AZ

Kirkin qətlində şübhəli bilinən şəxs təkadamlıq kamerada saxlanılır

ABŞ-nin Yuta ştatında sağçı fəal Çarli Kirkin qətlində şübhəli bilinən Tayler Robinson hazırda təkadamlıq kamerada saxlanılır və hüquq-mühafizə orqanlarının xüsusi nəzarəti altındadır.

News365.az xəbər verir ki, bu barədə yerli şerifin ofisinə istinadən "Fox News" məlumat yayıb.

"Robinson təkadamlıq kameraya salınıb ki, biz onu yaxından izləyə bilək. O, psixiatrik müayinədən keçənə qədər xüsusi nəzarət altında qalacaq, bu bir neçə gün çəkə bilər", - deyə məlumatda vurğulanıb.

Şerif idarəsi qeyd edib ki, anormal davranışlar, o cümlədən aqressiya və ya intihara meyllilik nümayiş etdirən məhbuslar xüsusi nəzarət altındadır. Bundan əlavə, müəyyən cinayətlərdə şübhəli bilinən şəxslərə qarşı xüsusi nəzarət aparılır.

Seçilən
7
2
news365.az

3Mənbələr